Moskva ABŞ-dən prezident Donald Trampın nüvə sınaqları ilə bağlı açıqlamalarına dair izahat gözləyir.
Yeniera.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp Rusiya və Çinin öz nüvə arsenalını sınaqdan keçirməyə davam etdiyini iddia edərək Pentaqona dərhal nüvə silahı sınaqlarına başlamaq tapşırığı vermişdi.
Biz hələ ABŞ tərəfdən izahat almamışıq, çünki nə Rusiya, nə də Çin heç bir nüvə sınağı keçirməyib.
Peskov qeyd edib ki, həm Moskva, həm də Pekin Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi üzrə öhdəliklərinə sadiqdir və bütün ölkələrin bu razılaşmaya əməl etməsini tələb edir.
“Hazırda ABŞ liderinin nəyi nəzərdə tutduğunu deyə bilmərik,” — Peskov vurğulayıb.
Rza Əli

