“Arsenal”ın ingilis vingeri Maks Douman Çempionlar Liqasında oynayan ən gənc oyunçu ünvanına sahib olub.
Yeniera.az xəbər verir ki, 15 yaş 308 günlüyündə bu göstəriciyə imza atıb.
Futbolçu “Arsenal” “Slaviya” qarşılaşmasının 73-cü dəqiqədə əvəzetmədən meydana daxil olub.
Qeyd edək ki, Douman Çempionlar Liqasında “Borussiya Dortmund”un keçmiş hücumçusu Youssoufa Mukoko (16 yaş 18 gün) və “Barselona”nın vingeri Lamine Yamalın (16 yaş 68 gün) müəyyən etdiyi yaş rekordlarını qırıb.
Rza Əli

