• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
14°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

General şabalıd biznesindən danışdı: "Piramida qurub, 12-13 nəfəri..."

05 Noyabr, 25 / 12:30
A A
General şabalıd biznesindən danışdı: "Piramida qurub, 12-13 nəfəri..."

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov şabalıd biznesi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Yeniera.az xəbər verir ki, Raul Zeynalov Qaynarinfo-ya açıqlamasında öncə FHN-nin keçmiş əməkdaşı, kapitan Ayaz Bayramovun onun 1 milyon manata yaxın vəsaitini mənimsəməsi ilə bağlı məlumata münasibət bildirib:

“Əslində hər şey yazıldığı kimi deyil. Təqsirləndirilən şəxs 12-13 nəfərə zərər vurub. Ayaz Bayramov bütün bu dələduzluğu piramida şəkilində edib. Onun axmaqlığından yazmırsız, elə mənim şəkilimi qoyursuz saytlara. Bu nə dərəcə düzdür? Başa düşürəm, hamı reytinq üçün işləyir. Amma mən bunu düzgün hesab etmirəm”.

General deyib ki, Ayaz Bayramovu FHN-də çalışdığı zaman tanıyıb:

“Onu FHN-də tanımışam və işbirliyinə getmişəm. Təqaüdə çıxdıqdan sonra Ayaz Bayramovun dələduzluğuna məruz qaldığımı anlamışam. Mənə dəyən zərər bir milyon manatdan azdır. O bizdə çalışırdı və belə adam olduğunu bilməmişik. Təqsirləndirilən şəxs zərərçəkmişləri əsəb xəstəsi edib. Adamlar var ki, evlərini satıb biznesə qoyublar. İndi elələri var ki, evdən çıxarılıblar, qalmağa yerləri yoxdur. Bizə qarşı böyük vicdansızlıq edib…”

Raul Zeynalov bu hadisədən sonra işdən çıxarılması barədə xəbərə belə münasibət bildirib:

“Mən 23 il FHN-də müxtəlif vəzifələrdə çalışmışam. Şükürlər olsun ki, xidmət etdiyim müddətdə nöqsanlara yol verməmişəm. Əksinə, qurumda çalışan insanlara maddi və mənəvi dəstək olmuşam. Hər zaman çalışmışam ki, yaxşlıq edim. Ötən il son yaş həddi ilə əlaqədar öz istəyimlə təqaüdə göndərilmişəm. Zəhmətimlə general rütbəsinə kimi yüksəlmişəm. Baş verən hadisələrin mənim general rütbəmə və yaxud FHN-dəki işimə nə bağlığı var? Şərhlərdə yazacaqlar ki, vəzifədə olduğu vaxt bu qədər pulu hardan qazanıb? Mənim ailəm imkanlı olub və hər hansı əyri yolla qazanc əldə etməyimə ehtiyac qalmayıb. Bir daha deyirəm, zəhmətimizlə bu yerə gəlib çıxmışıq. Əksinə, yuxarıda qeyd etdiyim kimi, öz imkanlarımla FHN-dəki həmkarlarıma dəstək olmuşam. Bax bunlardan da yazın”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov xidmətdə olduğu dövrdə şabalıd biznesinə sərmayə qoyduğu deyilir. “Qafqazinfo”nun məlumatına görə, nazirlikdə kapitan rütbəsi ilə çalışan Ayaz Bayramovla birgə Qəbələdən Bakıya şabalıd gətirərək qazanc əldə etməyi planlaşdırıb. Ayaz Bayramov generala biznesin genişlənməsi üçün milyonlarla manat tələb olunduğunu deyərək ondan böyük məbləğdə pul alıb.

General istintaqda, Ayazın onu aldadaraq sadəcə şəkillərlə alver görüntüsü yaratdığını bildirib. Lakin o, biznesin uğurlu getdiyinə inanaraq həm şəxsi vəsaitini, həm də qohumlarından borc aldığı pulları bu işə yatırıb, hətta “Lexus”, “BMW” və “Chevrolet” markalı avtomobillərini girov qoyaraq Ayazın adına keçirib.

Hazırda iş Bakı Hərbi Məhkəməsində araşdırılır. Ayaz Bayramov 3 milyon manat mənimsəməkdə ittiham olunur, özü isə generalı hadisələrin təşkilatçısı adlandırır. Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş var və Raul Zeynalovun növbəti iclasda ifadə verməsi gözlənilir.

Ən son xəbərləri bizim Instagram hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Tələbə köçürülməsi ilə bağlı məlumat saxtadır - RƏSMİ

Növbəti Yazı

Keçmiş məcburi köçkünlərə bu qədər vəsait ayrıldı

XƏBƏR LENTİ

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.