Ukrayna prezidenti Volodimir Zelenski Litva lideri Gitanas Nauseda ilə telefonla danışıb.
Yeniera.az xəbər verir ki, o, bu barədə öz Teleqram kanalında məlumat verib.
“İndi, qış başlamazdan əvvəl, enerji dəstəyinə ehtiyacımız olanda, Litva bir daha bizə kömək etməyə hazırdır. Gitanas qaz dəstəyi təklif etdi”, – o yazıb.
Zelenskinin sözlərinə görə, o, Nauseda ilə diplomatik mövqelər barədə də razılığa gəlib və yaxın gələcək üçün tədbirləri əlaqələndirib. Ukrayna prezidenti həmkarına cəbhədəki vəziyyət barədə də məlumat verib.
Yeganə

