“Millətlərarası və sosial birlik Rusiyanın suverenliyinin əsasını təşkil edir”.
Yeniera.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Millətlərarası Münasibətlər Şurasının iclasında deyib.
Putin həmçinin qeyd edib ki, ölkənin birliyinə mədəniyyət və rus dili zəmanət verir.
“İctimai və milli birlik, mübaliğəsiz, suverenliyimizin ən mühüm, əsas sütunudur”, – Putin bildirib.
O, xatırladıb ki, rusofobiya hazırda opponentlərin diqqət mərkəzində olduğu üçün rus kimliyini və ənənələrini qorumaq lazımdır.
“Millətimizin əsasını təşkil edən rus kimliyi, adət-ənənəsi, mədəniyyəti və dili son dərəcə qayğı və qorunma tələb edir. Onların birləşdirici rolu indi çoxmillətli Vətənimizin birliyinin təminatıdır”, – Putin bildirib.
Yeganə

