• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
8°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

DYP sürücülərə MÜRACİƏT ETDİ

07 Noyabr, 25 / 10:00
A A
DYP sürücülərə MÜRACİƏT ETDİ

Bayram günlərində səfərə çıxan sürücülər hərəkət marşrutlarını əvvəlcədən planlaşdırsınlar.

Yeniera.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar müraciətində bildirilib.

Vurğulanıb ki, 8–11 noyabr tarixlərini əhatə edən ardıcıl istirahət günlərində ölkə üzrə nəqliyyat axınının intensivləşəcəyi, paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə hərəkətin artacağı gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək bildirib ki, qarşıdakı dördgünlük qeyri-iş günlərində yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının diqqətindən və məsuliyyətindən asılıdır:

“Sürücülərdən xahiş olunur ki, yola çıxmazdan əvvəl idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətini diqqətlə yoxlasınlar – xüsusilə tormoz sistemi, şinlərin aşınma dərəcəsi, işıq cihazları və şüşəsilənlərin işləkliyinə nəzarət etsinlər. Tövsiyə olunur ki, hərəkət marşrutlarını əvvəlcədən planlaşdırsınlar və səfər vaxtını elə müəyyən etsinlər ki, hərəkət rahat və təhlükəsiz olsun. Uzun məsafələrə yola çıxmazdan əvvəl mütləq istirahət etsinlər, yorğun və yuxusuz halda sükan arxasına keçməsinlər. Sürət həddinə ciddi riayət etsinlər, riskli manevrlərdən və qəfil ötmələrdən çəkinərək ara məsafəsini düzgün saxlasınlar. Uşaqları avtomobildə təhlükəsizlik kəməri və ya uşaq oturacağından istifadə etməklə daşısınlar. Spirtli içki qəbul etmiş şəxslərin sükan arxasına keçməsinin yolverilməz olduğunu unutmasınlar”.

Müraciətdə qeyd olunub ki, piyadalar yalnız müəyyən olunmuş keçidlərdən istifadə etsinlər, işıqforun siqnallarına əməl etsinlər və xüsusilə axşam saatlarında, görmə şəraiti zəiflədikdə geyimlərində işıq əks etdirici elementlərə üstünlük versinlər.

“Bayram günlərində BDYPİ-nin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmət aparacaq. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etmək və qəzaların qarşısını almaqdır. Unutmayaq ki, özümüzün və sevdiklərimizin təhlükəsizliyi hər birimizin davranışından asılıdır”, – məlumatda vurğulanıb.

Ən son xəbərləri bizim TikTok hesabımızda izləyin @yeniera
Öncəki Yazı

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Növbəti Yazı

Azərbaycandakı siyasi partiyalar birgə bəyanat yaydı

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.