• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
10°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home İqtisadiyyat

Bakının bu ərazilərində evlər kəskin ucuzlaşdı

08 Noyabr, 25 / 12:10
A A
Bakının bu ərazilərində evlər kəskin ucuzlaşdı

Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti kəskin ucuzlaşıb. Bu tendensiya Xırdalanda, Masazır və Binədə daha qabarıq şəkildə müşahidə olunur. Zabrat qəsəbəsində, Kürdəxanı və Pirşağı kəndlərində də həyət evlərinin qiymətində ucuzlaşma qeydə alınıb.

Əmlak məsələləri üzrə ekspert Nahid Hacıyev mərkəzdən kənarda inşa olunmuş mənzillərin və evlərin ucuzlaşmasının müxtəlif səbəblərlə bağlı olduğunu bildirib.

Metbuat.az-a danışan mütəxəssis qiymətlərlə bağlı mövcud tendensiyanı nəqliyyat problemi ilə əlaqələndirib. Onun sözlərinə görə, insanlar dəhşətli tıxaclar üzündən Bakıətrafı qəsəbələrdə yaşamaq istəmirlər:

“Sabunçu rayonundakı “sosial binalar” adlanan yaşayış massivində, Abşeronda, “Ümid” qəsəbəsində yüzlərlə mənzil satışa çıxarılıb. Dördotaqlı, tam təmirli mənzillərin 1 kv. metri alıcılara 800 manata təklif olunur. Amma heç kim həmin mənzilləri almağa həvəs göstərmir. Çünki nəqliyyat sistemi bərbaddır. İnsanlar mənzil başına tez çatmaq üçün bir manat 50 qəpiklik taksilərdən, sonra isə metrodan istifadə etməyə məcbur olurlar. Dörd nəfərlik ailənin gündəlik yolpulu 16-17 manat edir”.

Ekspert deyib ki, elan saytlarına nəzər salmaqla vəziyyətlə bağlı real təsəvvürə malik olmaq mümkündür: “Masazırda ikimərtəbəli, 5 otaqlı, tam təmirli, ən əsası isə əşyalı mənzillər 80-90 min manata satışa çıxarılır. Bəzən qiymət 55-60 min manat həddində olur. Bu pulla həmin evin tikildiyi torpagı, daşı, qumu almaq mümkün deyil. Amma yenə aylarla müştəri tapılmır. Bakıətrafı bəzi qəsəbələrdə yaşayan insanlar tıxac üzündən evlərini dəyər-dəyməzinə satıb mərkəzə daşınırlar”.

N.Hacıyev bu tendensiyanın uzun müddət davam etməyəcəyini bildirib. Onun sözlərinə görə, Bakının qəsəbə və kəndlərində tikinti üçün yararlı olan torpaq sahələri tükəndiyindən yaxın aylarda daşınmaz əmlakın qiymətində artım qaçılmaz olacaq.

Ən son xəbərləri bizim Threads hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Bakıda Zəfər muzeyinin açılışı oldu - FOTOLAR

Növbəti Yazı

Zəfər muzeyi sabahdan ziyarətçilər üçün açıq olacaq

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.