ABŞ prezidenti Donald Tramp Con Kolu ABŞ-ın Belarusa xüsusi nümayəndəsi təyin edib.
Yeniera.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Truth sosial şəbəkəsində qeyd edib.
“O, artıq 100 girovun azad edilməsi ilə bağlı uğurlu danışıqlar aparıb və daha 50 nəfərin azad edilməsini təmin etmək niyyətindədir. Bu əlavə şəxslərin azad edilməsinə göstərdiyi diqqətə görə Belarusun möhtərəm prezidenti Aleksandr Lukaşenkoya əvvəlcədən təşəkkür etmək istəyirəm. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm”, – Donald Tramp bildirib.
Rza Əli

