Ukraynanın keçmiş baş naziri (2010–2014) Nikolay Azarov 2026-cı ildə ölkədə prezident seçkilərinin keçiriləcəyinə əmin olduğunu bildirib.
Yeniera.az xəbər verir ki, bu barədə o, “Rossiya-24” telekanalına açıqlamasında deyib.
“Bu mütləq 2026-cı ildə baş tutacaq”, – Azarov qeyd edib.
Azarov əlavə edib ki, ABŞ Ukraynanın lideri vəzifəsi üçün “daha məqbul namizəd” axtarır və hazırkı prezident Vladimir Zelenski ilə işləmək niyyətində deyil.
Siyasətçinin sözlərinə görə, yeganə sual bundan ibarətdir ki, seçkilər gələcək sülh sazişi çərçivəsində Rusiya ilə razılaşdırılacaq, yoxsa onun mövqeyi nəzərə alınmadan keçiriləcək.
Qeyd edək ki, Zelenskinin prezidentlik müddəti 2024-cü il mayın 20-də başa çatıb və o vaxtdan bəri yeni seçki keçirilməyib.
Rza Əli

