• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
9°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

"Euronews": Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir

11 Noyabr, 25 / 10:30
A A
"Euronews": Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir

“Euronews” telekanalı Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfərin 5-ci ildönümü münasibətilə Bakıda Azadlıq meydanında keçirilən hərbi parada həsr olunmuş reportaj hazırlayıb.

“Report”un məlumatına görə, materiallarda vurğulanır ki, bu qələbə ilə Bakı onilliklərlə davam edən qanlı münaqişənin faciəvi səhifəsini bağlayıb və sülhün yeni səhifəsinə qədəm qoyub.

Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin paradda səsləndirdiyi bəyanatlara xüsusi yer verilib. Qeyd olunur ki, qələbə strateji iqtisadi və hərbi nailiyyətlərin nəticəsi olub və Qarabağın bərpasını şərtləndirib.

Azərbaycan Prezidenti, həmçinin münaqişə zamanı dəstəyə görə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana və Pakistanın Baş naziri Şahbaz Şərifə təşəkkürünü bildirib. O qeyd edib ki, Paradda ilk dəfə Pakistan hərbçiləri də iştirak edib.

“Bu, üç ölkənin – Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”, – materialda Azərbaycan liderinin sözləri sitat gətirilib.

Türkiyə Prezidenti isə öz növbəsində bəyan edib ki, Vətən müharibəsi Asiyada və Avropadakı geosiyasi balansı da dəyişib və bölgə üçün yeni bir dövrün qapılarını açıb:

“Biz nə kin saxlayarıq, nə də keçmişdəki zülmlərin yenidən yaşanmasına izn verərik. Beləliklə, bu Zəfəri bir son olaraq deyil, Qafqazda davamlı sülhə gedən yolun məhək daşı olaraq görürük. Qafqazda sülhün bərqərar olmasının Asiyadan Avropaya qədər bütün bölgənin rifahına xidmət edəcəyi qənaətindəyik”.

Materialın müəllifləri, eyni zamanda Prezident İlham Əliyevin noyabrın 6-da Bakıda NATO-nun nümayəndə heyəti ilə görüşünə diqqət çəkirlər. Görüş zamanı dövlət başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb.

“Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədinə çatdığını – torpaqların işğaldan azad olunduğunu vurğulayaraq qeyd edib ki, ordunun müasirləşdirilməsi prosesi bundan sonra da davam edəcək”, – “Euronews” qeyd edib.

Telekanal xatırladıb ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ikitərəfli əlaqələrin bərpasına yönəlmiş mühüm sənəd imzalayıblar.

“Ağ Ev bəyan edib ki, razılaşma çərçivəsində ABŞ, həmçinin “Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu” və ya TRIPP adlandırılacaq tranzit dəhlizinin inşasına yardım edəcək. Bakı üçün dəhliz Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsi təmin edir, Türkiyə ilə əlaqələri gücləndirir və infrastruktur diplomatiyası vasitəsilə müharibədən sonrakı nailiyyətləri möhkəmləndirir. Bu, həmçinin Azərbaycanın dünyanın ən mühüm nəqliyyat-logistika qovşağı kimi mövqeyini gücləndirir”, – materialda vurğulanıb.

Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Azərbaycan nefti cüzi ucuzlaşdı

Növbəti Yazı

DYP sürücülərə müraciət etdi

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.