Ermənistanda tanınmış kriminal avtoritet “Robson” ləqəbli Ruben Tatulyan saxlanılıb.
Yeniera.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Tatulyan noyabrın 7-də tutulsa da, qısa müddət sonra sərbəst buraxılıb.
Məlumata görə, o, Ermənistan vətəndaşıdır.
Rusiya hüquq-mühafizə orqanları Tatulyanı qətl, dələduzluq və mütəşəkkil cinayətkar qrup yaratmaqda ittiham edərək axtarışa verib.
Qeyd edək ki, bir müddət əvvəl Sankt-Peterburqda 1990-cı illərə aid cinayətkar dəstənin bir neçə üzvü qətl hadisəsinə görə həbs edilmişdi.
YENİERA.AZ

