Rusiya prezidenti Vladimir Putin dekabrın 5-də Hindistana səfər edəcək.
Yeniera.az xəbər verir ki, o, dekabrın 4-ü və 5-də Yeni Dehlidə keçiriləcək Rusiya-Hindistan Forumunun plenar iclasında çıxış edəcək.
Səfər zamanı Putin Hindistanın baş naziri Narendra Modi ilə görüşəcək.
Rusiya səfiri Denis Alipovun sözlərinə görə, tərəflər qarşıdan gələn danışıqlara fəal şəkildə hazırlaşırlar. Diplomat bildirib ki, səfər zamanı mühüm sazişlər paketinin imzalanması planlaşdırılır. Əsas diqqət iqtisadi və ticarət əməkdaşlığın inkişafına yönəldiləcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Kreml Vladimir Putinin 2025-ci ilin sonuna qədər Hindistana əsaslı səfər edəcəyini gözləyir. Bununla belə, Peskov səfərə hazırlıq da daxil olmaqla heç bir detalı açıqlamaqdan çəkinib.
Yeganə

