Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Ukrayna xarici işlər nazirinin müavini Serhiy Kislytsya-nın Rusiya ilə danışıqların dayandırılması ilə bağlı şərhləri Kiyevin sülhə sadiq olmadığını göstərir.
Yeniera.az bu barədə “TASS-a istinadən xəbər verir.
“Bu, Ukrayna prezidenti Volodimir Zelenski rejiminin sülh üçün hər hansı səmimi istək nümayiş etdirmək niyyətində olmadığını etiraf etməkdir”, – Zaxarova bildirib.
Bundan əvvəl Kislytsya “The Times” qəzetinə müsahibəsində Ukraynanın Rusiya ilə danışıqlarının “az irəliləyişlə başa çatdığını” bildirmişdi. O, həmçinin Kiyevin Moskva ilə ikitərəfli danışıqları zamanı sülh yolunda irəliləyişlərə açıq olduğunu qeyd edib.
Yeganə

