Cənubi Afrika Respublikasının Prezidenti Aparatının naziri Kumbudzo Ntshaweni Nazirlər Kabinetinin iclasından sonra ABŞ-ın sədrliyi altında G20-nin 2026-cı ildə azaldılmış cədvəl üzrə fəaliyyət göstərəcəyini bildirib.
Yeniera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Birləşmiş Ştatlar bizə xəbərdarlıq etdi ki, G20 proqramı prezidentlik bu ay Cənubi Afrikadan ABŞ-a keçdikdən sonra azaldılmış formatda aparılacaq.
ABŞ-ın G20-yə sədrliyi 2026-cı ilin payızında başa çatdıqdan sonra G20 tam fəaliyyət formatına qayıdacaq.
G20-nin işi hər birinə iki ölkənin sədrlik etdiyi 20 qrupda aparılır. Qrupların gündəliyi G20 fəaliyyətinin ən mühüm sahələrini əks etdirir. Qruplar müntəzəm olaraq nazirlər səviyyəsində görüşür və onların tövsiyə və təşəbbüsləri G20 liderlərinin sammitinə baxılmaq üçün təqdim olunur”,-deyə Ntshaweni bildirib.
Yeganə

