Çin prezidenti Si Cinpin də ABŞ prezidenti Donald Tramp kimi İyirmilik Qrupunun (G20) sammitində iştirak etməyəcək.
Yeniera.az xəbər verir ki, “Sinxua” Xəbər Agentliyinin məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, Çinin Baş naziri Li Qianq G20 sammitində iştirak etmək üçün noyabrın 21-dən 23-dək Yohannesburqa səfər edəcək.
Səfər Cənubi Afrika hökumətinin dəvəti ilə baş tutacaq. Cənubi Afrika Respublikasının Hindistandakı səfiri Anil Sooklalın noyabrın 12-də Çin prezidenti Si Cinpin və Hindistanın baş naziri Narendra Modinin qarşıdan gələn sammitdə iştirak edəcəyini açıqlamasına baxmayaraq, “Sinxua” Çin liderinin səfəri barədə məlumat verməyib.
Yeganə

