ABŞ-nin təyyarədaşıyan gəmisi “Gerald R. Ford” bir neçə gün ərzində Venesuela sahillərinə yaxınlaşacaq.
Yeniera.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) xəbər yayıb.
Agentlik qeyd edib ki, təyyarədaşıyan gəminin gəlişi regionda ABŞ-nin hərbi gücünün əhəmiyyətli dərəcədə artmasını göstərir. Pentaqon 24 oktyabrda gəminin ABŞ-nin Silahlı Qüvvələrinin Cənub Komandanlığının məsuliyyət zonasına göndərilməsini açıqlayıb. Bu zonaya Mərkəzi və Cənubi Amerika və Karib dənizi daxildir.

