• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
14°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

“Zəfərdən ilhamlanan gəncliklə gələcəyə” adlı konfrans keçirilib - FOTOLAR

14 Noyabr, 25 / 16:25
A A
“Zəfərdən ilhamlanan gəncliklə gələcəyə” adlı konfrans keçirilib - FOTOLAR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,  Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə “Zəfərdən ihamlanan gəncliklə gələcəyə” adlı konfrans keçirilib.

Yeniera.az xəbər verir ki, əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsi dərin ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov bildirib ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilmişdir. 2020-ci ilin 27 sentyabr tarixində başlanan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir. Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Qələbə Günü kimi yazıldı. Zəfər Gününün mənəvi əhəmiyyəti yalnız torpaqlarımızın azad olunması ilə məhdudlaşmır. Bu Qələbə Azərbaycan xalqının milli həmrəyliyinin, vətənpərvərlik ruhunun və dövlətçiliyə sədaqətin təntənəsidir. O, həmçinin bildirib ki, qazanılmış Zəfər gələcək nəsillər üçün vətənə xidmət nümunəsi kimi əbədiləşəcəkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı bildirib ki, Azərbaycan gəncliyi müstəqillik dövründə böyüyən, Zəfərin övladları sayılan nəsildir. O qeyd edib ki, gənclər qalib xalqın davamçıları kimi gələcək fəaliyyətlərini bu gücün və məsuliyyətin üzərində qurmalıdırlar.

2020-ci ilin payızında başlayan Vətən müharibəsi Azərbaycan xalqının və dövlətinin birliyinin, liderlik və peşəkarlığın ən parlaq nümunəsinə çevrildiyini vurğulayan sədr, Zəfərdən dərhal sonra sülh quruculuğu prosesinin başlanması xalqımızın düşüncəsinin və uzaqgörənliyinin göstəricisi olduğunu əlavə edib.

O qeyd edib ki, Yeni Azərbaycan Partiyası bütün bu illər ərzində Ulu Öndər Heydər Əliyev ideyalarına əsaslanaraq ölkədə gedən ictimai-siyasi proseslərdə fəal iştirak edib və bu ideyaların həyata keçirilməsində aparıcı qüvvələrdən biri olub. B.Muradova vurğulayıb ki, Azərbaycanın inkişaf yolu davam edir və bu yol ata-babalarımızdan, bugünkü tərəfdaşlarımızdan, sabahkı gənclikdən keçərək gələcəyə uzanır və bu əlaqə heç vaxt qırılmayacaq, bu irs hər zaman möhkəm qalmalıdır.

Hər bir kəsin Zəfərdən doğan qürur hissi ilə yanaşı, onun qorunmasına, gələcək nəsillərə ötürülməsinə və bu zəfərdən doğan öhdəliklərin yerinə yetirilməsinə töhfə verməli olduğunu vurğulayan sədr, gənclərə milli-mənəvi dəyərlərə sadiq qalmağı, öz sahələrində peşəkar mütəxəssislər olmağı, gələcək nəsillərə örnək olacaq sağlam ailələr qurmağı, milli ruhda övladlar böyütməyi tövsiyə edib.

Milli Məclisin deputatı Azər Allahverənov çıxışında bildirib ki, Azərbaycanın tarixi Zəfərindən sonra artıq beş ildir ki, bu günləri böyük qürur hissi ilə qeyd edirik. A.Allahverənov həmçinin vurğulayıb ki, bu qələbə regionda yeni reallıqlar yaradıb və qarşımızda yeni çağırışlar formalaşıb. O qeyd edib ki, 44 gün davam edən müharibə nəticəsində Azərbaycan dünyaya öz hərbi, siyasi və diplomatik gücünü nümayiş etdirməklə yanaşı, yeni bir Azərbaycan modeli də təqdim olundu. Qeyd olunub ki, otuz ilə yaxın davam edən işğal dövrü Azərbaycan xalqının milli yaddaşında dərin izlər buraxsa da, bu müddət ərzində dövlətin məqsədyönlü və prinsipial siyasəti gələcək Qələbənin əsasını qoydu. O, çıxışının sonunda gənclərə bu tarixi Zəfəri daim yaşatmağı, şəhidlərimizin qəhrəmanlığını unutmamağı və Vətənə sədaqətlə xidmət etməyi tövsiyə edib.

“Yeni Azərbaycan Partiyası Gənclər Birliyi”nin sədr müavini Sevinc Qasımova qeyd edib ki, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu.

Zəfərin xalqımızın genetik kodunda yer alan qəhrəmanlıq və mübarizlik ruhunun təcəssümü olduğunu qeyd edən S.Qasımova bildirib ki,  biz öz tariximizin birbaşa yazıçılarıyıq və gənclərin əsas vəzifəsi bu ruhu qoruyaraq, beynəlxalq arenalarda Azərbaycanın səsini ucaldıb, həqiqətlərimizi dünyaya çatdırmaqdır.

Vətən müharibəsi iştirakçısı Vüqar Muradov vurğulayıb ki, bu zəfər Azərbaycan xalqının tarixi nailiyyəti, əbədi fəxarətidir. Bu, böyük hərbi zəfərin və müdrik diplomatiyanın nəticəsidir.

Sonda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.

 

Ən son xəbərləri bizim X hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - FOTOLAR

Növbəti Yazı

FHN tərəfindən qanunsuz tikililər sökülüb - VİDEO

XƏBƏR LENTİ

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.