“Macarıstanın Avropa Sülh Fonduna 1,5 milyon avroluq töhfəsi Ukraynaya hərbi yardım üçün istifadə edilməyəcək, əksinə Livan Silahlı Qüvvələrinə dəstək üçün istifadə olunacaq”.
Yeniera.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Beyrutda livanlı həmkarı Yusif Raci ilə görüşdən sonra bildirib.
“Mən Youssef Rajiyə Macarıstanın milli təhlükəsizlik maraqlarının Yaxın Şərqdə sülh olduğunu və Livanın sabitliyinin bunun üçün əsas olduğunu söylədim.
Biz Avropa Sülh Fondundakı payımızdan Ukraynanı silahlandırmaq üçün istifadə etməyəcəyik. Əvəzində 1,5 milyon avronu Livan Silahlı Qüvvələrinə dəstək üçün yönəldəcəyik”, – deyə XİN rəhbəri Feysbuk səhifəsində yazıb.
Yeganə

