“Ukraynanın özünü korrupsiyadan xilas etmək səyləri yetərli deyil”.
Yeniera.az xəbər verir ki, bunu prezident Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla “YouTube”da canlı yayımlanan birgə mətbuat konfransında deyib.
“Hərəkətlərin kifayət olub-olmamasına gəlincə, yox, yox. Biz müvafiq tədbirlər görməyə davam edəcəyik”,-deyə Zelenski bildirib.
Noyabrın 10-da Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) media tərəfindən “Zelenskinin pul kisəsi” adlandırılan iş adamı Timur Mindıçi enerji sektorunda korrupsiya sxemini təşkil etməkdə ittiham edib. İstintaqda iki şəxs iştirak edir: keçmiş nazirlər Herman Qaluşenko və Svetlana Qrinçuk.
Yeganə

