Ermənistanın baş naziri Nikol Paşinyan prezident Kasım-Jomart Tokayevin dəvəti ilə Qazaxıstana dövlət səfərinə gedəcək.
Yeniera.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Səfər proqramına iki ölkənin nümayəndə heyətləri arasında danışıqlar daxildir, danışıqlar zamanı Qazaxıstan və Ermənistan arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq”, – məlumatda deyilir.
Yeganə

