Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Rikardo Pires Qəzzada uşaqların quru paltar və yataq dəstləri olmadan su basmış çadırlarda yatdığını və qış mövsümünün Qəzzada vəziyyəti son dərəcə təhlükəli etdiyini bildirib.
Yeniera.az xəbər verir ki, Pires və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (UNOCHA) sözçüsü Yens Laerke, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin keçirdiyi həftəlik mətbuat konfransında öz qiymətləndirmələrini etdilər.
BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) ABŞ-ın Qəzzada sülhməramlı şura və Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin yaradılmasını nəzərdə tutan qətnaməsini təsdiq etməsinə toxunan Pires “Sülh planlarının vəziyyəti yaxşılaşdıracağına çox nikbinik, lakin yerlərdəki uşaqlar üçün reallıq hələ də çox faciəvidir”,-deyib.
Pires yardıma çıxışın artırılması çağırışını təkrar edərək, bunun razılaşmanın bir hissəsi olduğunu və daha çox humanitar dəhlizlərin açılmasının lazım olduğunu vurğulayıb.
Yeganə

