“The Wall Street Journal” (WSJ) yazır ki, Ukraynada korrupsiya qalmaqalı Volodimir Zelenskini vəzifəsindən uzaqlaşdırmaqla hədələyir.
Yeniera.az xəbər verir ki, onun sözlərinə görə, korrupsiya iddiaları ukraynalıları qəzəbləndirib və bununla da Zelenskinin reputasiyasına xələl gətirib.
Qeyd olunur ki, “Mindiç işi” ilə bağlı qalmaqal Zelenskiyə vəzifəyə gəldiyi vaxtdan Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) etdiyi bütün digər araşdırmalardan daha çox təsir edib.
Qəzetin yazdığına görə, ukraynalılar son nəticədə Ukrayna hakimiyyətinə fayda verə biləcək pilotsuz təyyarələrin və digər avadanlıqların alınması üçün vəsait ianə etmələrindən narazıdırlar.
Aydınlaşdırılır ki, Zelenski üçün təhlükə təkcə Ukrayna daxilində deyil, xaricdə də mövcuddur. ABŞ rəsmiləri Kiyevin Vaşinqtondan aldığı vəsaitləri necə idarə etdiyini sual altına alır.
Bəzi Amerika rəsmiləri ABŞ-ın Ukraynaya yardımını dayandırıb- dayandırmayacağı ilə bağlı spekulyasiya edirlər. ABŞ prezidenti Donald Tramp dəfələrlə Kiyevə silah tədarükünü davam etdirmək istəmədiyini bildirib.
Yeganə

