• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
13°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Hadisə

Qadını təhqir etdi, "TikTok"da qızının videosunu yaydı - Təfərrüat

19 Noyabr, 25 / 10:50
A A
Qadını təhqir etdi, "TikTok"da qızının videosunu yaydı - Təfərrüat

Balakən rayonunda kafedə ər-arvad arasında mübahisə dava ilə nəticələnib.

Yeniera.az xəbər verir ki, hadisə Balakən şəhərindəki “Elit” adlı kafedə baş verib.

1993-cü il təvəllüdlü Aydın Səlimov həmin kafeyə gələrək orada ofisiant işləyən qeyri-rəsmi münasibətdə olduğu Mahirə (ad-soyad şərti veriib – red.) ilə mübahisə edib. Ucadan nalayiq ifadələrlə qadını təhqir edib.

Təqsirləndirilən şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan olunub.

İş üzrə ifadə verən A.Səlimov bildirib ki, 3 ildən çoxdur Balakən rayon sakini Mahirə ilə dini kəbinlə ər-arvad münasibətində yaşayır: “Bir həftə əvvəl Mahirə “Elit” adlı kafedə ofisiant kimi işləməyə başladı. Onun kafedə işləməsini istəmirdim. Bu səbəbdən aramızda narazılıq yarandı və ayrıldıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəlki gün Mahirə ona zəng edib və işlədiyi “Elit” kafesinə çağırıb: “Kafeyə getdim, Mahirə ilə oturub çay içdik. Aramızda mübahisə yarandı, onu təhqir etdim. Sonrakı gün Mahirə zəng edərək qızı Aysunun olduğu videonu nə üçün “Tik-Tok” səhifəsində paylaşdığını soruşdu və videonu silməyimi dedi.

Ona Aysunun idarə etdiyim “Mercedes Vito” markalı mikroavtobusda olduğunu, avtomaşını paylaşdığımı izah etdim, videonu siləcəyimi bildirdim və dərhal sildim. Mahirənin Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etməsini sonradan eşitdim. Mən videonu qəsdən paylaşmamışam”.

İş üzrə zərərçəkmiş Mahirənin sözlərinə görə, Aydınla 3 il qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıb: “Birgə yaşadığımız müddətdə xərclərimi qarşılamırdı. Bu səbəbdən ondan ayrıldım və Balakən şəhərində yerləşən “Elit” çay evində ofisiant kimi işləməyə başladım. Aydın işləməyimi istəmirdi. Bu səbəbdən iş yerimə gəlib, məni axtarıb”.

Zərərçəkmiş şəxsin ifadəsinə görə, növbəti gün saat təxminən 14 radələrində Aydın yenidən onun işlədiyi çay evinə gəlib: “Mənə niyə onun arxasınca danışdığımı bildirdi, məni əxlaqsız sözlərlə təhqir etdi. Həmin gün ondan şikayət etmədim. Sonrakı gün “Tik-Tok” səhifəsində Aydının səhifəsində qızım Aysunun da olduğu video-görüntünü icazəsiz paylaşdığını gördüm. Zəng edərək videonu silməsini istədim. Gah silməyəcəyini, gah da gizlədəcəyini dedi”.

Balakən Rayon Məhkəməsinin qərarı ilə A. Səlimov 4 gün müddətinə inzibati qaydada həbs edilib. (teleqraf.az)

Mesajla paylaşın @yeniera
Öncəki Yazı

Bakıda parkda 14 yaşlı oğlan yıxılaraq ölüb

Növbəti Yazı

Bakıda yataqxanada yanğın olub, 3 nəfər təxliyə edilib

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.