Avropa Komissiyası (AK) Böyük Britaniyanın Aİ-nin müdafiə fondunda iştirakına imkan verəcək razılaşmanın əldə olunacağını gözləmir.
Yeniera.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri məlumat yayıb.
Onun sözlərinə görə, Avropa Komissiyası Britaniya ilə razılığa gəlmək üçün noyabrın 19-u axşam vaxtı müəyyən edib, lakin danışıqlar dalana dirənib. Danışıqlarda iştirak edən adı açıqlanmayan diplomat vəziyyəti gərgin adlandırıb.
Digər avropalı diplomatlara görə, Brüssel 4,5 milyard avro ilə 6,5 milyard avro arasında töhfə tələb edirdi, Böyük Britaniya isə 200-300 milyon avro təklif edirdi. Bir neçə məmur Böyük Britaniyanın ilkin təklifinin daha kiçik olduğunu söylədi. Eyni məsələ ilə bağlı Kanada ilə danışıqların daha sakit davam etdiyi bildirilir.
Əvvəllər xəbər verildiyi kimi, Aİ Böyük Britaniyanın silah tədarükü üçün 150 milyard avroluq Avropa üçün Təhlükəsizlik Fəaliyyəti (SAFE) fonduna daxil olmasını töhfənin ödənilməsi ilə şərtləndirib. London artıq bəyan edib ki, bu məbləğ əsassız olaraq yüksəkdir və Böyük Britaniyanın fonda daxil olmaq üçün ödəyə biləcəyi məbləğdən qat-qat artıqdır.
Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib ki, Britaniya Aİ-nin müdafiə fondunun bir hissəsi olmaq istəyir, lakin heç bir bahasına deyil.
Yeganə

