• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
13°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

TDT-yə üzv dövlətlərin ədliyyə nazirləri Bakıda - FOTOLAR

20 Noyabr, 25 / 17:40
A A
TDT-yə üzv dövlətlərin ədliyyə nazirləri Bakıda - FOTOLAR

Noyabrın 20-si Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ədliyyə nazirləri Bakıda keçirilən toplantı çərçivəsində bir araya gəliblər.

Yeniera.az xəbər verir ki, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, həmçinin Şəhidlər xiyabanında və Zəfər parkında olub, şəhidlərimizin xatirəsini anıblar.

Ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə baş tutan iclasda Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, Özbəkistanın ədliyyə naziri Əkbər Taşkulov, Qazaxıstanın ədliyyə naziri Yerlan Sarsembayev, Qırğız Respublikasının ədliyyə nazirinin müavini İsgəndər Sıdıqalıyev və TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

Görüş çərçivəsində 9 sentyabr 2024-cü ildə imzalanmış Astana Bəyannaməsində nəzərdə tutulan istiqamətlər üzrə görülmüş işlərin icra vəziyyəti müzakirə olunub, üzv dövlətlər arasında hüquq və ədliyyə sahəsində əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə Astana Bəyannaməsinin müddəalarına uyğun olaraq, üzv dövlətlər tərəfindən hüquq və ədliyyə sahəsində rəqəmsal transformasiya və innovativ həllərin tətbiqi üzrə həyata keçirilən işlər və qabaqcıl təcrübələr təqdim olunub, hərtərəfli və funksional elektron ədliyyə sisteminin xidmət keyfiyyətini artırması, prosesləri sadələşdirməsi və istifadəçi yönümlü mühitin formalaşmasına töhfə verməsi qeyd edilib və qarşılıqlı maraq doğuran məsələlər nəzərdən keçirilib.

Görüş zamanı TDT-yə üzv dövlətlərin ədliyyə nazirlikləri arasında mülki işlər üzrə hüquqi yardım haqqında Azərbaycanın təşəbbüsü ilə çoxtərəfli Saziş layihəsinin hazırlanması istiqamətində Ekspert Qrupunun fəaliyyəti, eləcə də Məhkəmə Ekspertizasının Mərkəzləşmiş Şəbəkəsinin yaradılması üzrə yaradılmış İşçi Qrupunun gördüyü işlər diqqətə çatdırılıb.

İştirakçılar TDT-yə üzv dövlətlərin ədliyyə nazirliklərinin 3-cü iclasının 2026-cı ildə Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.

Qonaqlar görüşün yüksək səviyyədə təşkilinə görə Fərid Əhmədova dərin minnətdarlıqlarını bildiriblər və Azərbaycan tərəfinin səmimi qonaqpərvərliyini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, TDT-yə üzv dövlətlərin ədliyyə nazirlərinin ilk iclası ötən il Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilib.

 









Ən son xəbərləri bizim X hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Nazir onu yüksək vəzifəyə təyin etdi - FOTO

Növbəti Yazı

Sabiq icra başçısının cəzaçəkmə yeri dəyişdirildi

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.