Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, son atəşkəsdən istifadə edərək Qəzzada 40 mindən çox uşağa müxtəlif xəstəliklərə qarşı peyvənd etmək niyyətindədir.
Yeniera.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.
Noyabrın 9-da başlayan kampaniyanın ilkin mərhələsinin ilk səkkiz günü ərzində ÜST və onun tərəfdaşları artıq üç yaşa qədər 10 mindən çox uşağa peyvənd edib.
ÜST-nin baş direktoru Tedros Adhanom Qabreyesus proqramın birinci mərhələsinin şənbə gününə qədər uzadıldığını və uşaqları qızılca, parotit, məxmərək, difteriya, tetanoz, göy öskürək, hepatit B, vərəm, poliomielit, rotavirus və pnevmoniyadan qorumaq məqsədi daşıdığını bildirib.
UNICEF, BMT-nin Fələstin üzrə Qaçqınlar Agentliyi (UNRWA) və Qəzza Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən kampaniyanın ikinci və üçüncü mərhələlərinin dekabr və yanvar aylarında keçirilməsi planlaşdırılır.
ÜST rəhbəri atəşkəs rejiminin davam etdiyinə görə həvəsləndiyini söyləyib, çünki bu, ÜST və tərəfdaşlarına Qəzzada əsas səhiyyə xidmətlərini gücləndirməyə və dağılmış səhiyyə sisteminin lazımi təmiri və yenidən qurulmasını dəstəkləməyə imkan verir.
Yeganə

