Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın Moskvanın danışıqlardan imtina etməsi ilə bağlı verdiyi açıqlamadan sonra cavab tələb edib.
Yeniera.az xəbər verir ki, diplomatın açıqlamasını “Lenta.ru” yayıb.
“Təsəvvür edin, indi Ukrayna Xarici İşlər Nazirinin birinci müavini Serhi Kislytsya danışıqlardan çəkildiklərini elan etdi və sonra Kallas – bilmirəm, bəlkə də, onun ukraynalı protegesindən sonra təmizləmək üçün – Rusiyanın guya danışıqlardan imtina etdiyini bəyan etdi.
Nə vaxt? Hansı tarix? Hansı ildə danışıqlara razı olmadıq?”,-deyə Zaxarova qeyd edib.
Noyabrın 12-də Ukrayna xarici işlər nazirinin müavini Serhiy Kislytsya Ukrayna və Rusiya arasında sülh danışıqlarının irəliləyiş olmaması səbəbindən ilin sonuna qədər dayandırıldığını açıqlayıb. Zaxarova qeyd edib ki, bu cür bəyanatlar Kiyevin sülhə sadiq olmadığını nümayiş etdirir.
Yeganə

