Rusiya Polşanın Qdanskdakı Rusiya Baş Konsulluğuna verdiyi razılığı ləğv etmək qərarına qarşılıqlı cavab hazırlayacaq.
Yeniera.az “RİA” ya istinadən xəbər verir ki , bunu cümə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Diplomatın sözlərinə görə, Rusiya tərəfi Varşavanın bu addımını ölkələr arasında ikitərəfli münasibətləri pozmağa yönəlmiş düşünülmüş siyasət kimi qiymətləndirir.
“Əlbəttə, Rusiya tərəfi bu hərəkətlərə eyni şəkildə cavab verəcək və Polşanın ölkəmizdəki diplomatik mövcudluğunu əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq”, – Zaxarova bildirib.
Yeniera.az

