• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
10°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

Şimali Kipr Prezidenti TÜRKPA-nın Baş katibini qəbul edib

21 Noyabr, 25 / 10:00
A A
Şimali Kipr Prezidenti TÜRKPA-nın Baş katibini qəbul edib

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yeniera.az xəbər verir ki, Ramil Həsən TÜRKPA-ya üzv dövlətlərin xarici işlər nazirləri və parlament sədrləri ilə səmərəli görüşlər keçirdiyini, həmin görüşlərdə gələcəkdə Şimali Kiprə müvafiq dəstəyin göstərilməsi barədə fikir mübadiləsinin aparıldığını vurğulayıb.

Eyni zamanda Şimali Kiprin TÜRKPA-nın mühüm tədbirlərində fəal iştirakının dəstəklənəcəyini də diqqətə çatdırıb.

TÜRKPA-nın Baş katibi son dövrdə həyata keçirdiyi əsas təşəbbüsləri dövlət başçısının diqqətinə çatdırıb, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının rəhbərliyi ilə Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə Şimali Kiprə göstərilən yüksək səviyyəli dəstəyi xüsusi olaraq qeyd edib. O həmçinin Assambleyanın səlahiyyətləri çərçivəsində Şimali Kiprin gələcək fəaliyyətlərinə hərtərəfli dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Baş katib TÜRKPA-nın fəaliyyətdə olan və Qazaxıstan parlamenti Məclisinin sədri Yerlan Koşanovun rəhbərliyi ilə qurumun 2026-cı il üçün mühüm və strateji əhəmiyyətli təşəbbüsləri hazırladığını və bu təşəbbüslərdə Şimali Kipr nümayəndələrinin fəal iştirakının önəmli rol oynadığını xüsusi olaraq qeyd edib.

Tufan Erhürman isə türk dövlətlərinin Şimali Kiprin haqlı fəaliyyətinə beynəlxalq hüquq normaları çərçivəsində bundan sonra da dəstək göstərəcəyinə, TDT çərçivəsində həyata keçirilən layihələrdə Şimali Kipr Türk Respublikasının aktiv iştirakının davam edəcəyini və Şimali Kipr Məclisinin TÜRKPA-nın 2026-cı il üçün nəzərdə tutulmuş fəaliyyətlərində özünəməxsus rol oynayacağına inamını xüsusi olaraq vurğulayıb.

Görüşdə Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, eləcə də Beynəlxalq Katibliyin əməkdaşı Ələsgər Ağayev iştirak ediblər.

Ən son xəbərləri bizim TikTok hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Çempionlar Liqası: "Qarabağ" Kadinin əvəzinə başqa futbolçu sifariş etdi

Növbəti Yazı

Pərvin Mustafayev narkotiklə SAXLANILDI

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.