Avropa İttifaqının (Aİ) fövqəladə sammiti onun liderlərinin Ukraynada silahlı münaqişəni davam etdirmək istədiklərini təsdiqləyib.
Yeniera.az xəbər verir ki, bunu Luandada videokonfrans vasitəsilə Avropa İttifaqının iclasında iştirak edən Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Bu görüş yenicə başa çatdı. Biz Amerikanın təqdim etdiyi 28 bəndlik sülh planını nəzərdən keçirdik. Ortaya min sual çıxır. Bugünkü videokonfransdan sonra bir şeyi dəqiq deyə bilərəm: Avropa İttifaqı müharibəni davam etdirmək istəyir”, – Orban video müraciətində deyib.
O, həmçinin bildirib ki, Aİ Kiyevə maliyyə və hərbi yardımı davam etdirmək niyyətindədir, baxmayaraq ki, onun Ukraynaya hərbi texnika tədarük etmək üçün bir senti yoxdur: “Onun Ukrayna əməliyyatlarını maliyyələşdirmək üçün bir senti yoxdur və bu pulu necə əldə edəcəyi barədə heç bir fikri yoxdur”, – hökumət başçısı əlavə edib.
Onun sözlərinə görə, Brüssel hələ də Aİ büdcələrindən Ukraynaya dəstək üçün lazımi vəsait almağı gözləyir. Macarıstan iştirak etməyəcəyini dəfələrlə bəyan edib: “Biz nəvələrimizin gələcəyini qalib gəlmək mümkün olmayan müharibəni maliyyələşdirmək üçün qurban verməyə hazır deyilik”,-Orban qeyd edib.
Yeganə

