“Avropa Ukrayna böhranının həlli prosesində iştirak etmək üçün heç bir fürsət əldə edə bilmədi”.
Yeniera.az xəbər verir ki, bunu Rusiya və Belarus Xarici İşlər nazirliklərinin kollegiyalarının qurum rəhbərlərinin iştirakı ilə keçirilən birgə iclasının yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov xatırladıb ki, Minsk razılaşmalarını pozan Avropa liderləri olub, bunu açıq şəkildə etiraf ediblər.
“İndi isə avropalı həmkarlarımız yüksək səslə yeni “Minsk”in olmayacağını bəyan edəndə, Avropasız heç nəyə qərar vermək mümkün deyil, çünki bu, bizə birbaşa təsir edir. Avropa isə 2014-cü ildən başlayaraq hər bir hesabda uğursuzluğa düçar oldu”, – Lavrov bildirib.
Nazir onu da vurğulayıb ki, Kiyev rejiminin lideri Volodimir Zelenskini 2022-ci ilin yazında Ukrayna nümayəndə heyətinin özünün İstanbulda təklif etdiyi müqavilələri imzalamaqdan çəkindirən Avropa olub.
“Beləliklə, Avropa, indi “bizsiz heç nə etməyə cəsarət etmə” deyəndə, sizin artıq şanslarınız var, uşaqlar. Siz onlardan istifadə etmədiniz, sadəcə olaraq, boşa verdiniz”, – Rusiya XİN rəhbəri qeyd edib.
Yeganə

