“Ukrayna gələcəkdə NATO-ya üzv olmaq üçün konstitusiya öhdəliyindən imtina etməyəcək”.
Yeniera.az xəbər verir ki, bunu “Axios” nəşrinə müsahibəsində Ukrayna prezident administrasiyasının rəhbəri Andriy Yermak Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh planını şərh edərkən deyib.
Yermak qeyd edib ki, Ukrayna NATO yolundan dönməyəcək.
UNİAN xəbər verir ki, prezident aparatının rəhbərinin sözlərinə görə, bunlar hüquqi məcburi təminatlardır. Yermak qeyd edib ki, Vaşinqton onları rəsmi müqavilədə təsbit etmək ideyasına müsbət cavab verib.
Yeganə

