Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi müzakirə edilmir.
Yeniera.az xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin (XİN) müavini Mnatsakan Safaryan jurnalistlərə açıqlamasında bəyan edib.
“Ermənistanın KTMT-yə münasibətdə siyasəti daha əvvəl müəyyənləşdirilmişdi: biz iştirak etmirik, lakin qərarların və sənədlərin qəbul edilməsinə mane olmuruq”, – o bildirib.
“Ermənistan nə üçün təşkilatdan çıxmır” sualını şərh edərkən nazir müavini qeyd edib ki, hazırkı mərhələdə İrəvan məhz belə bir xətti izləyir: “Ermənistan xarici siyasətini öz maraqlarından və yaranmış vəziyyətdən çıxış edərək yürüdür”.
Qeyd edək ki, Ermənistan 26-27 noyabr tarixlərində Bişkekdə (Qırğızıstan) keçiriləcək KTMT Şurasının iclasında iştirak etməyəcək.

