• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
14°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

Gizli danışığın detalları sızdırıldı - Onlar dinlənilib?

26 Noyabr, 25 / 14:45
A A
Gizli danışığın detalları sızdırıldı - Onlar dinlənilib?

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Rusiya lideri Vladimir Putinin köməkçisi Yuri Uşakov arasında telefon danışığının stenoqramı yayılıb.

Yeniera.az xəbər verir ki, bu il oktyabrın 14-də baş tutmuş telefon danışığının təfərrüatını “Bloomberg” agentliyi yayımlayıb.

Beş dəqiqə davam edən söhbət zamanı Uitkoff Uşakova Donald Trampın Ukrayna ilə bağlı sülh planının Vladimir Putinə necə təqdim edilməsi barədə məsləhətlər verib, həmçinin Ukrayna lideri Volodimir Zelenskinin Vaşinqtona səfərindən əvvəl Ağ Evə zəng etməyi tövsiyə edib:

“Söhbət əsnasında Uşakovun Rusiya və ABŞ liderlərinin bir-birinə zəng etməsinin faydalı olacağı fikri ilə razılaşan Uitkoff ona Putinin Trampla söhbəti necə aparması barədə tövsiyələr verib”.

Uitkoff təklif edib ki, söhbət zamanı Putin Trampı Qəzza sektorunda əldə etdiyi nailiyyətlər münasibətilə təbrik etsin, həmçinin ABŞ liderinin “sülh adamı” olmasına hörmətlə yanaşdığını və sülh müqaviləsi bağlanarsa, Rusiyanın “məmnun qalacağını” diqqətə çatdırsın.

Həmçinin ABŞ rəsmisi Qəzza sektoru ilə bağlı sülh razılaşmasına bənzər 20 maddəlik sülh planının hazırlanması imkanından danışıb.

Məlumata görə, o həmçinin Vladimir Putinə dərin hörmət bəslədiyini söyləyib və sülh sazişi çərçivəsində “Donetsk və hansısa digər ərazilərin mübadiləsi” haqqında fikirlərini deyib.

“Gəlin ümidlə danışaq, çünki mən düşünürəm ki, biz saziş bağlaya biləcəyik. Hesab edirəm ki, Yuri, prezident mənə saziş bağlamaq üçün daha çox azadlıq və sərbəstlik verəcək”, – Uitkoff qeyd edib.

Stenoqrama görə, söhbətin sonunda Uitkoff Uşakova Volodimir Zelenskinin oktyabrın 17-də Ağ Evə səfər edəcəyini bildirib və bu görüşdən əvvəl Putinlə Tramp arasında telefon danışığının təşkilini təklif edib. Uşakov cavabında Uitkoffun məsləhətlərini başa düşdüyünü və onları Putinlə müzakirə edəcəyini, bundan sonra isə onunla yenidən əlaqə saxlayacağını deyib.

Agentliyin məlumatına görə, ikinci söhbət Uşakov və Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev arasında baş tutub. Söhbət zamanı Dmitriyev Ukrayna ilə bağlı “sülh planı” təklifindən danışıb.

Hər iki söhbətin iştirakçısının Uşakov olması faktı məhz onun dinlənildiyinə işarə edə bilər. Lakin “Bloomberg” bunu kimin etdiyi və dinləmə yazılarının kimdən alındığı barədə məlumat verməyib.

Xatırladaq ki, bu telefon danışığından 2 gün sonra – oktyabrın 16-da Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. 2,5 saat davam edən bu söhbəti Tramp çox məhsuldar adlandırıb və Putinlə Macarıstanın paytaxtı Budapeştdə görüşmək planlarından danışıb.

Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı 28 maddəlik sülh planı isə noyabrın 21-də açıqlanıb.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin @yeniera
Öncəki Yazı

KİV: İmran Xan həbsxanada öldürüldü

Növbəti Yazı

Uyğun bir vaxtda Azərbaycana getməyə hazıram - Simonyan

XƏBƏR LENTİ

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub

"Ayaks"ın Bakıya səfər planı bəlli olub

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.