Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiyanın Ukrayna ilə bağlı əsas məsələlərdə güzəştə getməsindən söhbət gedə bilməz.
Yeniera.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Heç bir güzəştdən söhbət gedə bilməz, qarşımızda duran problemlərin həllinin əsas aspektlərinə, o cümlədən Strateji Müdafiə Təşəbbüsü kontekstində yanaşmalarımızdan imtina etmək olmaz”, – diplomat bildirib.
Yeganə

