Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk Ukraynadakı münaqişənin həlli üzrə danışıqları bərpa etməyə hazırdır.
Yeniera.az xəbər verir ki, bu barədə “BelTA” xəbər agentliyi məlumat yayıb.
Lukaşenko bu barədə Bişkekdə Rusiya prezidenti Vladimir Putinlə söhbəti zamanı bildirib.
Ukraynada sülh danışıqlarından danışan Lukaşenko qeyd edib:
“Əgər siz yenidən Minskə qayıtmaq istəyirsinizsə, biz həmişə hazırıq”.
Noyabrın 26-da Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçiriləcək sammitində iştirak edəcək. Bundan əvvəl onun Vladimir Putinlə danışması planlaşdırılır.
Yeganə

