Biləsuvar rayon Enerji Təchizatı və Satışı İdarəsinə yeni rəis təyinatı olub.
Yeniera.az xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, həmin vəzifəyə Samir Hüseynov təyin olunub. S.Hüseynov bu təyinata qədər Masallı rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi olub.
Qeyd edək ki, Biləsuvar rayon Enerji Təchizatı və Satışı İdarəsinin əvvəlki rəisi Ruhin Məmmədov isə Şamaxı rayon Enerji Təchizatı və Satışı İdarəsinə rəis təyin edilib.

