• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
13°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Cümşüdün ölümü ilə bağlı məhkəmə başladı

27 Noyabr, 25 / 12:17
A A
Cümşüdün ölümü ilə bağlı məhkəmə başladı

Bakının Nərimanov rayonunda “Baksol” yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündə təqsirli bilinən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Yeniera.az Teleqraf-a istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı Coşqun İsgəndərov cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi olan anası Fəridə Abbasova və onun vəkili Mədinə Zeynalabdin qızı etiraz etməyiblər.

Təqsirləndirilən şəxsin vəkili Anar Ramazanov isə işin məhkəmə baxışına verilməsinə etiraz edib. Bildirib ki, təqsirləndirilən şəxslə müqaviləni ötən gün bağlayıb və cinayət işi ilə tanış deyil:

“Bəzi məsələlər var ki, onlar məhkəmənin hazırlıq iclası mərhələsində həll olunmalıdır. Buna görə də cinayət işi ilə tanış olmaq üçün hazırlıq iclasının təxirə salınmasının istəyirik. Çünki bəzi sənədlərin sübutlar siyahısından çıxarılması və ya işə əlavə olunması hazırlıq iclası mərhələsində həll olunur. Bizim də bəzi vəsatətlərimiz ola bilər. Təqsirləndirilən şəxsin öz vəkili olmayıb, buna görə işin necə getməsi ona tam aydın deyil”.

Təqsirləndirilən Azər Cümşüdov bildirib ki, ibtidai istintaq zamanı ona dövlət hesabına vəkil təyin edilib, amma həmin vəkillə təması olmayıb.

Azər Cümşüdovun sözlərinə görə, baş verən olayın ona heç bir aidiyyəti yoxdur: “Mən özümü qətiyyən təqsirli bilmirəm. Cinayət işi ilə tanış olmuşam. Amma bəzi sənədlər işə əlavə edilməyib. Bu işin mənə heç bir aidiyyəti yoxdur. Həmin dövrdə orada işləməmişəm. Bu barədə sənədlər işə əlavə olunmayıb.”

Hakim müdafiəçinin işlə tanış olması üçün hazırlıq iclasının davamını dekabrın 9-a təyin edib.

Qeyd edək ki, bu il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında “Baksol yolu” ərazisində yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cələb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra – iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.

Xatırladaq ki, Cümşüd Cümşüdlü “Sab Azərbaycan”nın əməkdaşı olub

Ən son xəbərləri bizim X hesabımızda izləyin @yeniera
Öncəki Yazı

"Türk dünyası dövlətləri ilə əməkdaşlığımız davamlı və sıxdır" - MEDİA

Növbəti Yazı

İmişlidə zəncirvari qəza - Xəsarət alanlar var

XƏBƏR LENTİ

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub

"Ayaks"ın Bakıya səfər planı bəlli olub

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.