“Moskva Polşanın İrkutskdakı Baş Konsulluğunu 2025-ci il dekabrın 30-dan etibarən bağlamaq qərarına gəlib. Bu tədbir Varşavanın oxşar hərəkətlərinə cavabdır”.
Yeniera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Noyabrın 27-də Polşa səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata Polşa konsulluğunun İrkutskda fəaliyyət göstərmək razılığını ləğv edən nota təqdim edilib.
Bu, Polşa hakimiyyətinin dekabrın 23-də Qdanskdakı Rusiya Baş Konsulluğunu bağlamaq qərarına cavabdır.
Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Polşadakı konsulluğunun qondarma bəhanə ilə bağlanmasını açıq-aşkar düşmənçilik və əsassız addım adlandırıb. Nazirlik vurğulayıb ki, cavab tədbirləri nəticəsində Polşanın Rusiyadakı sonuncu konsulluq idarəsi bağlanacaq.
Yeganə

