• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
13°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Bakı "dona" bilər - Hava ilə bağlı XƏBƏRDARLIQ

27 Noyabr, 25 / 14:20
A A
Bakı "dona" bilər - Hava ilə bağlı XƏBƏRDARLIQ

Məlum olduğu kimi, qış mövsümünə hazırlıqla bağlı Bakının rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri başa çatıb.

Hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədi ilə BŞİH hər bir rayona cavabdeh şəxs təyin edib.

Bu il Bakıda qış mövsümünün əvvəlki illərlə müqayisədə daha sərt keçəcəyi ilə bağlı fikirlər səslənir.

Maraqlıdır, havaların kəskin soyuması və intensiv yağıntı ehtimalı varmı?

Yeniera.az xəbər verir ki, ekoloq Ənvər Əliyev Ölkə.az-a açıqlamasında bildirib ki, bu il anomal payız ayları keçdi:

“Artıq qışa sayı günlər qalıb. Vaxt olub ki, həqiqətən də belə payız ayları olub. Bizim tələbəlik dövründə sentyabrın axırından oktyabrın ortasına qədər “plyaj mövsümü” olan vaxtlar olub. Sonra həddindən artıq ağacların hətta çiçəklənməsi məsələsi də olub. Daimi olmasa da, bu cür havalara tək-tək hallarda rast gəlinib.

O vaxt həm yaşlılar deyirdi, həm də biz çoxillik rəqəmlərə baxırdıq. Qışın sərt keçəcəyi haqqında sanki bir qanunauyğunluq var idi. Biz orta məktəbdə oxuyurduq. Belə hava olanda yaşlılar deyirdilər ki, payızın belə keçməsi yaxşıdır. Çünki çoxlu yaşıl ot kütləsi əmələ gəlir, bu da heyvanlar üçün faydalıdır. Onlar bu otları çox yeyir və çəkilərini artırırlar ki, qışdan normal çıxsınlar. Amma bunun bir “işarəsi” də var idi, deyirdilər ki, qış sərt keçəcək. Qış öz sərtliyini göstərəcək. Yaşlıların dedikləri hamısı təbii qanunlara əsaslanırdı, onlar sinoptik deyildilər. İndi isə vəziyyət təkrarlanıb”.

Ekoloq qeyd edib ki, indi qışın sərt keçməsini proqnozlaşdıranlar da var, ona görə də ehtiyat tədbirləri görülür:

“Bu, bir tərəfdən qışın sərt keçməsinin çoxillik qanunauyğunluqlardan bir əlamətdir. Bakı şəhəri bilirsiniz ki, nəqliyyat baxımından, insanların gediş-gəlişində, işlərində və digər məsələlərdə artıq çətin vəziyyətdədir. Bu problemlər onsuz da adi günlərdə çətindir. İndi qış bir az çətin keçsə, görün Bakıda vəziyyət necə olacaq. Şəhər “donacaq”.

Ona görə də yaxşı olar ki, lazımi qaydada tədarük görülsün. Heç kəs deyə bilməz ki, qış əla keçəcək, heç kəs də deyə bilməz ki, çox sərt keçəcək. İqlimi bir həftə, beş gün qabaqdan yalnız təxmini proqnozlaşdırırıq, aylarla əvvəl isə uzağa getmək mümkün deyil. Proqnozları, daha doğrusu ilin uzunmüddətli proqnozlarını yalnız təbii qanuna və çoxillik rəqəmlərə baxaraq vermək olar. Bu da bəzən özünü doğruldur. Ona görə də mən belə başa düşürəm ki, hər halda tədarükün görülməsi çox yaxşı haldır. Hətta adi qış keçsə belə insanların çətinliyi azalsın. Əhali onsuz da adi hallarda da çətinlik çəkir və müəyyən problemləri olur”.

Mesajla paylaşın @yeniera
Öncəki Yazı

Marketlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Növbəti Yazı

Bakıda TDT-nin Media Forumu keçirilir

XƏBƏR LENTİ

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub

"Ayaks"ın Bakıya səfər planı bəlli olub

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.