“NATO və Avropa İttifaqı (Aİ) nə qədər dəli görünsə də, Rusiya ilə böyük müharibəyə hazırlaşmağa başlayıb”.
Yeniera.az xəbər verir ki, bunu Rusiyanın Belçikadakı səfiri Denis Qonçar deyib.
“NATO öz əhalisini Kremlin mövcud olmayan alyans ölkələrinə hücum planları ilə qorxutmaqla, nə qədər ağılsız görünsə də, Rusiya ilə böyük müharibəyə hazırlaşmağa başlayıb. Aİ cilovsuz militarizasiyaya can atır, sülh və rifah naminə vahid Avropanın ilkin konsepsiyasını basdırır, Aİ-ni NATO-nun əlavəsinə çevirir.
Nəticədə Avropa sürətlə qlobal çəkisini və rəqabət qabiliyyətini itirir”, – deyə o, vurğulayıb.
Səfir bəyan edib ki, Rusiya qarşıdurma axtarmır, Avrasiyada vahid təhlükəsizlik arxitekturası qurmaq üçün həmfikir tərəfdaşlarla işləyir.
O, əlavə edib ki, Rusiya NATO-ya üzv dövlətlərə 2021-ci ildə də daxil olmaqla, qarşılıqlı təhlükəsizlik zəmanətləri ilə bağlı hüquqi cəhətdən məcburi müqavilələr bağlamaq yolu ilə ümumi Avropa evini təmir etməyi dəfələrlə təklif edib, lakin bütün təşəbbüslərimiz təkəbbürlə rədd edilib və ya məhəl qoyulmayıb.
Yeganə

