• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
13°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

DTX onun da evində axtarış keçirib - DETALLAR

29 Noyabr, 25 / 17:20
A A
DTX 4 nəfəri dövlətə xəyanət ittihamı ilə həbs etdi - Biri hərbçidir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də evində axtarış aparılıb.

Yeniera.az xəbər verir ki, axtarış Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilib.

Qeyd edək ki, bir qədər əvvəl DTX AXCP sədri Əli Kərimlinin də evində axtarış aparıb.

Axtarış dövlətə xəyanət və digər xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaqla bağlıdır.

Dövlət Təhlükəsizlik Xidmətinin bu gün keçirdiyi axtarış əməliyyatları Ramiz Mehdiyev işinin davamı olmaqla bərabər, həm də qabaqlayıcı tədbir kimi xarakterizə olunur.

Şübhəsiz ki, qonşu Rusiyanın Qafqazla bağlı maraqları daim aktual olub. Ancaq bir fakt da var ki, bu gün Rusiyanın diqqəti əsasən Ukrayna cəbhəsinə fokuslanıb. Geosiyasi proseslər göstərir ki, Rusiya-Ukrayna müharibəsi artıq, bəlkə də, son mərhələsini yaşayır. İstənilən halda bu problemin həlli yaxın perspektivdə Rusiya üçün hər zaman olduğundan daha yaxındır.

Ukrayna cəbhəsindəki fasilə və ya hansısa atəşkəs şimal qonşumuzun maraqlarının ilk növbədə Cənubi Qafqaza yönəlməsinə səbəb olacaq. Belə olan halda isə regionun lider ölkəsi, yeni reallıqlar yaratmış Azərbaycan ilk hədəf ola bilərdi.

Proseslərin gedişinin məntiqi nəticəsi də elə məhz Mehdiyev işi ilə bağlıdır. Ölkəni daxildən qarışdırmaq, dövlət çevrilişinə cəhd… Bütün bunlarla artıq Azərbaycan ictimaiyyəti Ramiz Mehdiyevin cinayət işi üzrə ortaya çıxan faktlar işığında tanışdır. Elə ictimaiyyətin Əli Kərimlinin AXCP-si isə bağlı bildiyi məqamlar da bu partiyanın sözügedən maraqlar üçün istifadə olunduğuna şübhə yeri qoymur.

Əgər Ramiz Mehdiyevin planları ifşa edilməsə və “boz kardinal” məqsədinə çatsaydı, şübhəsiz ki, bu xəyanətin hərəkətverici qüvvəsi daim radikal davranışları ilə seçilən, həmişə Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edən AXCP olacaqdı.

Bu baxımdan DTX-nin bu gün həyata keçirdiyi önləyici tədbirlərin sözügedən xəyanət planlarını beşiyində boğmaq üçün vaxtında atılmış addımlar olduğunu vurğulamaq və ictimaiyyətin diqqətinə çatdırmaq gərəkdir. Çünki Ramiz Mehdiyevin çevriliş planları və bu yolda öz dövlətinin maraqlarını Rusiyaya satmasının qarşısını almaq nə qədər önəmli idisə, prosesdə AXCP-nin vaxtında zərərsizləşdirilməsi də dövlət təhlükəsizliyimiz üçün bir o qədər vacib məqam sayılmalıdır.

Əli Kərimli ilə bağlı isə qeyd olunmalıdır ki, axtarış əməliyyatı bir çox faktları ortaya çıxara bilər. Yekun qərar yalnız faktların araşdırılmasından sonra veriləcək olsa da, perspektiv və keçmiş AXCP və onun başında duran şəxslər üçün aydınlıq heç nə vəd etmir.

Mənbə: Oxu.az

Ən son xəbərləri bizim TikTok hesabımızda izləyin @yeniera
Öncəki Yazı

TƏCİLİ: Əli Kərimli SAXLANILDI - YENİLƏNİB

Növbəti Yazı

Laçının işğaldan azad edilməsindən 5 il ötür

XƏBƏR LENTİ

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub

"Ayaks"ın Bakıya səfər planı bəlli olub

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.