ABŞ-Ukrayna danışıqlarının Floridada keçirilən raundu məhsuldar keçib, lakin yekun nəticəyə çatmaq üçün hələ çox iş görülməlidir.
Yeniera.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Biz bunun nə qədər çətin olduğuna dair realist olmağa davam edirik, lakin nikbin, xüsusən də irəliləyiş əldə etdiyimizi nəzərə almalıyıq”, – Rubio deyib.
Görüşdə ABŞ tərəfini Marko Rubio, xüsusi elçi Stiv Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edib. Ukrayna nümayəndə heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa daxildir.
YeniEra

