• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
15°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

Əli Kərimlini neçə il həbs gözləyir? - AÇIQLAMA

01 Dekabr, 25 / 13:15
A A
Əli Kərimlini neçə il həbs gözləyir? - AÇIQLAMA

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin nədə ittiham edildiyi məlum olub.

O, Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb.

Maraqlıdır, bu maddə ilə ittiham olunan Əli Kərimlini neçə il həbs gözləyir? Məsələ ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Yalçın Hacızadə Sfera.az-a açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsi dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğunu açıq şəkildə qeyd edir.

“Hakimiyyət xalq tərəfindən seçkilər və referendum yolu ilə formalaşır. Konstitusiyanın 6-cı maddəsi isə bildirir ki, heç bir sosial qrup, təşkilat və ya şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Vəkilin sözlərinə görə, Konstitusiyada göstərilməyən üsullarla hakimiyyətə gəlmək və onu əlində saxlamaq qadağandır. Bu səbəbdən CM-nin 278.1-ci maddəsi də məhz konstitusiya quruluşuna zor tətbiqi ilə müdaxiləni “xüsusilə ağır cinayət” kimi qiymətləndirir”.

Yalçın Hacızadə maddənin sanksiya hissəsinə diqqət çəkərək bildirib:

“Cinayət Məcəlləsinin 278.1-ci maddəsinə əsasən, belə əməlləri törədən şəxslər 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddədə nəzərdə tutulmuş cinayətləri törədib, lakin dövlət hakimiyyəti orqanlarına könüllü və vaxtında məlumat verən, yaxud dövlətin mənafeyinə ziyan vurulmasının qarşısını almaqda yardım edən şəxs, əgər əməli nəticəsində ciddi zərər vurulmayıbsa və başqa cinayət tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilə bilər”.

Qanunvericiliyə əsasən, bu maddə Azərbaycanın ən ağır siyasi və dövlət əleyhinə cinayətlərindən biri hesab olunur və hüquqi qiymət məhkəmə tərəfindən müəyyən edilir.

Ən son xəbərləri bizim Instagram hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Quru sərhədlərin açılması ilə bağlı MÜHÜM AÇIQLAMA 

Növbəti Yazı

DYP çağırış etdi

XƏBƏR LENTİ

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.