Ukrayna prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenskaya Parisə gəliblər.
Yeniera.az xəbər verir ki, bu barədə “BFMTV” televiziya kanalı məlumat yayıb.
Zelenskinin Yelisey sarayına gəlişi 45 dəqiqə gecikib.
Səfər zamanı Zelenski Fransa Prezidenti Emmanuel Makronla təkbətək görüş keçirəcək və həmçinin Dassault Aviation aerokosmik şirkətinin obyektlərinə baş çəkəcək.
Makron Ukrayna prezidentinin bazar ertəsi planlaşdırılan səfərini şənbə günü açıqlayıb. O, Zelenski ilə görüşü zamanı ədalətli və davamlı sülhün şərtlərini müzakirə edəcəklərini bildirmişdi.
Yeganə

