ABŞ prezidenti Donald Tramp ölkədə xarici vətəndaşlar üçün sığınacaq müraciətlərinin dayandırılmasının uzun müddət davam edəcəyini bildirib.
Yeniera.az xəbər verir ki, Tramp bu barədə noyabrın 30-da jurnalistlərin sualını cavablandırarkən deyib.
“Uzun müddətdir. Biz bu insanları istəmirik, kifayət qədər problemlərimiz var. Bilirsiniz ki, biz onları niyə istəmirik? Çünki onların çoxu pis insanlardır, ölkəmizə aid deyillər”.
Noyabrın 28-də ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) xarici vətəndaşlar üçün bütün sığınacaqların qəbulunu dayandırıb. Həmin gün ABŞ hökuməti Əfqanıstan vətəndaşlarına viza verilməsini dayandırıb.
Bundan əvvəl Trump, administrasiyasının ölkəyə gələn sığınacaq axtaranları deportasiya etməyi planlaşdırdığını və üçüncü dünya ölkələrindən insanların immiqrasiyasını qeyri-müəyyən müddətə dayandıracağını açıqlamışdı.
Yeganə

