“ABŞ Ukraynadakı münaqişənin həllinə dair Floridada Ukrayna və Amerika tərəfləri arasında aparılan danışıqların nəticələri barədə Aİ-yə məlumat verməyib”.
Yeniera.az xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallas deyib.
“Bu, danışıqlar üçün həlledici həftə ola bilər. Eşitmişik ki, danışıqlar çətin, lakin məhsuldar olub”,-deyə Kallas qeyd edib.
O, əsas mövzunun Ukraynaya yeni hərbi yardımın ayrılması ilə bağlı AB müdafiə nazirlərinin iclasına gəldikdən sonra deyib: “Hələ nəticələr barədə məlumatımız yoxdur; mən bu gün Ukraynanın müdafiə və xarici işlər nazirləri ilə danışacağam”.
ABŞ və Ukrayna arasında danışıqlar noyabrın 30-da Floridanın cənubunda baş tutub. ABŞ tərəfini dövlət katibi Mark Rubio, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff və prezidentin kürəkəni Cared Kuşner təmsil edib. Ukrayna nümayəndə heyətinə digərləri ilə yanaşı, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və xarici işlər nazirinin birinci müavini Serhiy Kislytsya da daxildir. Görüşdən sonra Rubio bildirib ki, danışıqlar konstruktiv keçib, lakin hələ çox iş qalıb. O, əlavə edib ki, Birləşmiş Ştatlar sülh yolu ilə nizamlanmaya nikbin baxır, lakin ümumilikdə real mövqedədir.
Yeganə

