Lionel Messinin Argentinanın Mar del Plata şəhərindəki heykəli dağıdılıb.
Yeniera.az Argentina mətbuatına istinadən xəbər verir ki, heykəli dağıdanlar Argentina millisinin keçmiş futbolçusu Serxio Aqüeranın abidəsinin ucaldılmasını tələb ediblər.
Messinin heykəli 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin qələbəsinə həsr olunmuşdu.
Qeyd edək ki, 38 yaşlı Messi cari mövsüm ABŞ-nin “İnter Mayami” klubunda meydana çıxdığı 41 oyunda 38 qola və 23 məhsuldar ötürməyə imza atıb.

