Kiyev “Dinamo”sunun əfsanəvi ukraynalı yarımmüdafiəçisi Vladimir Muntyan 79 yaşında vəfat edib.
Yeniera.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Muntyan “Dinamo”nun heyətində 7 qat SSRİ çempionu, UEFA Kuboklar Kubokunun qalibi, Avropa Superkubokunun qalibi olub.
Qeyd edək ki, lMuntyan klub turnirlərində 371 matçda iştirak edib, 70 qol vurub, 36 məhsuldar ötürmə edib.
Rza Əli

