Rusiya çarı II Nikolayın kolleksiyasındakı Fabergenin “Qış Yumurtası” Londonda 19,5 milyon funt sterlinqə (təxminən 25,7 milyon dollar) satılaraq rekord qiymətə çatıb.
Yeniera.az xəbər verir ki, alıcı komissiya ilə birlikdə 22,9 milyon funt (30,2 milyon dollar) ödəyəcək.
1913-cü ildə rus imperator ailəsi üçün hazırlanmış bu yumurta Alma Pihl tərəfindən yaradılıb və qaya kristalı, 4000-dən çox brilyant və içində kvars və jadeitdən hazırlanmış qartopu səbət ilə bəzədilib. Oktyabr İnqilabından sonra yumurta bir neçə dəfə satılıb və 1994-cü ildə
Christie’s hərracında yenidən üzə çıxıb. Faberge, atasının emalatxanasını miras alaraq imperator ailəsindən sifarişlər qəbul edib və 1917-ci ilədək 54 imperial Pasxa yumurtası istehsal edib. Bu gün Faberge yumurtalarının ən böyük kolleksiyaları Sankt-Peterburqda və Moskvadakı muzeylərdə nümayiş etdirilir.
Yeniera.az

